“Avropa Komissiyası Rusiyanı cilovlamaq və növbəti beş il ərzində müharibəyə hazırlamaq üçün Ukraynadakı münaqişənin uzadılmasına kömək etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) müdafiə komissarı Andrius Kubilius Brüsseldə Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışı zamanı deyib.
“Biz Rusiyadan müdafiə üçün silaha daha çox vəsait ayırmalı, daha çox istehsal etməli və daha çox silaha sahib olmalıyıq”, – o, əlavə edib.