“Suriyada vəziyyəti sabitləşdirmək asan deyil, bu, müxtəlif oyunçuların iştirak etdiyi mürəkkəb bir oyundur”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.
“Bu oyunda çoxlu oyunçu var. Ümid edirəm ki, bu həftə üçün planlaşdırılan görüşlər vəziyyəti sabitləşdirməyə kömək edəcək. Bəziləri İsrailin Qəzza zolağının bu qədər diqqətdə olmaması üçün vəziyyəti gərginləşdirməkdə maraqlıdır”, – Lavrov əlavə edib.