“MDB Hökumət Başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında MDB İcraiyyə Komitəsinin rəhbəri – icraçı katibi Sergey Lebedev deyib.
Verilən məlumata görə, iyunun 5-də MDB-yə üzv dövlətlərin Baş nazirləri 13 sənəddən ibarət paket imzalayıblar. Bu sənədlər içərisində MDB çərçivəsində ağır maşınqayırma sənayesinin inkişafı sahəsində əməkdaşlıq haqqında saziş də var.