“Çin hakimiyyəti məhsulları xüsusi hərbi əməliyyat zonasına daxil olduğu iddia edilən Çin pilotsuz uçuş aparatları (PUA) istehsalçılarına qarşı sanksiyalar ilə əlaqədar Avropa ittifaqına (Aİ) qarşı əks tədbirlər görəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Li Cian deyib.
“Çin lazımi tədbirlər görəcək və öz müəssisələrinin qanuni hüquq və maraqlarının güclü şəkildə qorunmasını təmin edəcək. Pekin Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının dəstəyini almayan birtərəfli məhdudiyyətlərini əsassız hesab edir. Çin həmişə sülhə nail olmaq və danışıqları inkişaf etdirmək üçün səy göstərib. Çin hakimiyyəti dronların ixracına effektiv nəzarəti təmin edir”, – Li Cian əlavə edib.