“Çin Qəzza sakinlərinin məcburi köçkürülməsinə qarşıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Li Cian deyib.
“Ümid edirik ki, aidiyyəti tərəflər Qəzzada əldə edilən atəşkəs razılaşmasını düzgün qiymətləndirəcək. Bundan müharibədən sonrakı idarəçiliyi formalaşdırmaq üçün yaxşı istifadə etmək olar. Fələstin problemini iki dövlətli həll yoluna əsaslanaraq həll etmək olar”, – nümayəndə qeyd edib.