“Bazar günü Kiyevə hərbi yardımın davam etdirilməsinin müzakirə olunduğu Londonda keçirilən sammitə Baltikyanı ölkələrin dəvət olunmaması təşkilatçıların yol verdiyi yanlış qərardır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Litvanın yeni xarici işlər naziri Kestutis Budris bildirib.
“Bu, səhv idi. Rusiya ilə birbaşa həmsərhəd olan cəbhəyanı dövlətlər olan Baltikyanı ölkələr sözsüz ki, bu cür müzakirələrdə iştirak etməlidirlər. Ukrayna ilə bağlı istənilən qərar Baltikyanı ölkələrə təsir edəcək. Biz onların nəticələrini dərhal hiss edəcəyik”, – nazir qeyd edib.