Xəbərlər

Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsi öz işini dayandırıb

Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsi hərbi təchizat sistemində mümkün korrupsiya ilə bağlı araşdırmanın nəticələri açıqlanana qədər işini dayandırmaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə komitə üzvü Dovile Şakaliene məlumat verib.

“Etibarsızlıq kölgəsi altında konstruktiv iş mümkün deyil, ona görə də komitə üzvləri onun işini dayandırmaq qərarına gəliblər”, – Şakaliene bildirib.

Qeyd edək ki , Xüsusi İstintaq Xidməti hazırda keçmiş müdafiə naziri Arvydas Anusauskasın ifadələrini qiymətləndirir. O, Martın ortalarında hökumət başçısı İnqrida Simonyte-nin təkidi ilə istefa verərək, nazirlik işçilərinə rüşvət verməyə çalışan şirkətlərə Müdafiə Nazirliyi sistemində dövlət satınalmalarında iştirak etmək imkanını bağladığını bildirib.