Xəbərlər

Londonda silahlı hücum olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

İngiltərənin paytaxtı Londonun şərqində silahlı hücum olub.

“Füyuzat”ın məlumatına görə, Londonun Hakey rayonunda baş verən silahlı hücum nəticəsində 42 yaşlı qadın həyatını itirib, 20 və 16 yaşlı iki şəxs xəsarət alıb.

“Biz araşdırmalarımızın ilkin mərhələsindəyik. Nə baş verdiyini müəyyən etmək üçün ekspert detektivlər qrupu işləyir. Zabitlər gecəni hadisə yerində keçirəcək və yaxın bir neçə gün ərzində ərazidə araşdırma aparacaqlar”, – Hakey polisi polisi bildirib.

“London küçələrində cinayətə yer yoxdur. Biz bu alçaq cinayətə görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün əlimizdən gələni edəcəyik”, – polisin açıqlamasında qeyd edib.