“Belarus Gürcüstanın öz dövlətçiliyini və suverenliyini qorumaq üçün atdığı addımları düzgün hesab edir və onun hərəkətlərini dəstəkləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko xarici dövlətlərin səfirlərinin etimadnaməsini qəbul edərkən deyib.
“Biz Gürcüstanın öz dövlətçiliyini və suverenliyini müdafiə etmək üçün atdığı addımları yüksək qiymətləndirir və dəstəkləyirik. Bu, bizim yanaşmalarımıza uyğundur”, – prezident qeyd edib.