“Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması məsələsi Macarıstan vətəndaşlarının rəyi nəzərə alınmadan həll olunmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə keçirilən beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransında deyib.
“Biz macarların fikrinə hörmət etmədən Ukraynanın Aİ-yə qəbuluna icazə verməyəcəyik. Budapeşt Brüssellə məsləhətləşmələrdə öz nəticələrini nəzərə almaq niyyətindədir”, – deyə o qeyd
edib.
Siyarto təsdiqləyib ki, Macarıstan hökuməti Ukraynanın Aİ-ə tələsik qəbul edilməsinin əleyhinədir.