“Çin hakimiyyəti Ukrayna böhranının ədalətli həlli naminə Rusiya və Ukrayna arasında dialoqun davam etdirilməsinin tərəfdarıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.
“Ümid edirik ki, aidiyyəti tərəflər hər biri üçün məqbul olan ədalətli, uzunmüddətli, məcburi sülh sazişinə nail olmaq üçün danışıqları və dialoqu davam etdirəcəklər və son nəticədə Ukrayna böhranının siyasi həllinə nail olacaqlar”, – nümayəndə qeyd edib.