Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampın yeni administrasiyasının nümayəndələri ilə İranın nüvə proqramı barədə məsələni müzakirə etmək niyyətində olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qrossi “Bloomberg”ə müsahibəsində deyib.
“Baş verənlər narahatedici səviyyədədir. Çərçivə şərtlərinə qayıtmağın vaxtı çatıb. İranın uranı bu cür sürətlə və bu səviyyədə zənginləşdirməsi qəbuledilməzdir”, – Qrossi bildirib.