Xəbərlər

Məhkəmə Azərbaycanla Sülhü Təsdiq etməsə, Paşinyan Konstitusiyanı Dəyişdirəcək

“Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa dəyişikliklərin təşəbbüskarı şəxsən özüm olacam”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, o zaman mənim mövqeyim bu şəkildə olacaq. Mən konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam, çünki hesab edirəm ki, sülhün bağlanması imkanını əldən vermək olmaz”, – Paşinyan əlavə edib.