Xəbərlər

Merkel müdafiə xərclərini artırmağa çağırıb

Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə vəzifədə olub) müdafiə xərclərinin artırılmasının tərəfdarı olduğunu söyləyib və mühafizəkar Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) bloku və Almaniya Sosial Demokrat Partiyasının (SPD) müdafiə xərclərini artırmaq üçün büdcə qaydasını dəyişdirmək planlarını dəstəkləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə keçmiş kansler özü bildirib.

“Ümumimilli məhsulun 2%-i ilə effektiv müdafiə xərclərinə nail ola bilmərik. Daha artıq sərmayə lazımdır”, – o qeyd edib.