“Mərkəzi və Cənubi Asiya ölkələri arasında “Termez Dialoqu”nun ilk iclası mayın 19-21-də Özbəkistanın Termez şəhərində keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistanın Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktorunun birinci müavini Əkrəmcan Nemətov məlumat verib.
“Bu ilin mayın 19-21-də Mərkəzi və Cənubi Asiya arasında qarşılıqlı əlaqə üzrə “Termez Dialoqu”nun “Sülh, dostluq və firavanlıq üçün ümumi məkanın qurulması” mövzusunda ilk iclası Termez şəhərində keçiriləcək”, – müavin qeyd edib.