Xəbərlər

Miley: Argentina ABŞ ilə müqavilə imzalamağa hazırdır

Argentina prezidenti Xavyer Miley rüsumları aradan qaldırmaq üçün ABŞ ilə ticarət sazişi imzalamağa hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, Argentina prezidenti ABŞ-ın maliyyə naziri Skot Bessent ilə Buenos-Ayresdə görüşündən sonra müvafiq bəyanatla çıxış edib.

“ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanmış qarşılıqlı tariflər təklifini başa düşürük və bu istiqamətdə həm ABŞ, həm də Argentina üçün faydalı olacaq ticarət sazişi imzalamağa hazırıq. Amerika administrasiyasının gördüyü tədbirlər uzun illər davam edən ticarət balanssızlığından sonra dünya ticarəti üçün daha ədalətli şərait yaratmağa yönəlib. Argentina ABŞ-ın regionda etibarlı müttəfiqi olmaq niyyətindədir”, – Miley qeyd edib.