Xəbərlər

Miley: Yeni dünya nizamında təsir dairələri ABŞ, Rusiya və Çin tərəfindən bölünəcək

“Yaranmaqda olan yeni dünya düzənində təsir dairələri ABŞ, Rusiya və Çin arasında bölünəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Argentina prezidenti Xavyer Miley deyib.

“Dünya nizamı yenidən qurulur. ABŞ Amerikaya, Rusiya Avrasiyaya, Çin isə Asiyaya, Rusiyanın təsir etmədiyi hissəyə rəhbərlik edəcək. Avropa hazırda dünyada liderliyə iddialı vəziyyətdə deyil. Avropa uzun müddətdir ki, inkişaf etmir. Latın Amerikası dövlətləri ilk növbədə ABŞ-ın müttəfiqi olmalıdır. Argentina artıq ABŞ-ın Qərb yarımkürəsində əsas tərəfdaşıdır. Biz Doğru zamanda doğru yerdəyik”, – prezident əlavə edib.