Milli Kitabxanada “18 İyun – Azərbaycanda İnsan Hüquqları Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgilərdə insan hüquqları haqqında beynəlxalq müqavilələr toplusu, insan hüquqları haqqında ümumi bəyannamə, Ümummilli Lider Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı, gender bərabərliyi, insan alverinə qarşı mübarizə, uşaq hüquqları, şəxsi və ailə həyatına hörmət hüququ ilə bağlı kitablar, dövri mətbuatda dərc edilən materiallar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.




