Milli Məclisinin payız sessiyasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək.
“Füyuzat” xəbər verir ki, bu barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında məlumat verilib.
Bildirilib ki, tullantının idarə olunması çox aktual məsələdir. Tullantıların idarə olunması bir tərəfdən ekoloji mühitin yaxşılaşmasına, hava çirkliliyinin qarşısının alınmasına və bir çox məsələləri əhatə edir.
Dinləmələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC ilə bir yerdə keçiriləcək.



