Milli Məclisin İnsan hüquqları komitəsi payız sessiyasında “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi – xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur.
“Füyuzat” xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclasında məlumat verilib.
Qeyd olunub ki, sessiya dövründə, həmçinin “İctimai yerlərdə audio və video qeydiyyat hüququ mövzusunda” mövzusunda dəyirmi masanın və “Dövlət qulluğu ilə bağlı qanunvericiliyin yerinə yetirilməsi və insan hüquqları” mövzusunda konfransın, “Regionlarda insan hüquqları – ərazi bərabərliyi və xidmətlərə çıxış” adlı seminarın keçirilməsi də nəzərdə tutulur.



