Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Rusiyanın müdafiə naziri Andrey Belousov Daşkənddə keçirilən görüşdə Özbəkistan-Rusiya münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri çərçivəsində inkişafı və möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan Prezident Administrasiyasının bəyanatında bildirilib.
“Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri Rusiya prezidentinin 2024-cü ilin mayında Özbəkistan Respublikasına dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların praktiki icrası kontekstində nəzərdən keçirilib”, – məlumatda bildirilib.