Moldova Xarici İşlər Nazirliyi (XİN) FSB-nin Moskvada iki Moldova xüsusi xidmət agentinin saxlanması barədə məlumat verməsindən sonra Rusiya Federasiyasına səfər etməmək barədə xəbərdarlıq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Moldova XİN bir neçə Moldova vətəndaşının həmin ölkədə təqib, hədə-qorxu və ya zorakılığa məruz qalması ilə əlaqədar Rusiya Federasiyasına səyahət etməmək barədə xəbərdarlıq edir. Rusiya hakimiyyətinin Moldova vətəndaşlarının məxfi xidmətlərlə əlaqəli olması ilə bağlı iddiaları əsassız və spekulyativdir. Moldovanın Moskvadakı səfirliyi saxlanılan vətəndaşlarla konsulluq əlaqəsi tələb edib. Onlara köməklik göstərilməsi üçün bütün lazımi diplomatik addımlar atılır”, – məlumatda qeyd olunub.