Mayın 22-də Bakıda “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, tədbir Azərbaycanın Xəzər Universitetinin və Türkiyənin İzmir Katip Çelebi Universiteti, Gəncliyə Yardım Fondu və İstanbul Ailə Vəqfinin təşkilatçılığı ilə baş tutacaq.
Konfransda dövlət rəsmiləri, Azərbaycanın Türkiyədəki səfiri, ziyalılar, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edəcəklər.
Tədbirdə ailə dəyərləri ilə bağlı iki panel mövzuda müzakirələr aparılacaq.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir konfransın təşkilini yüksək qiymətləndirib və ailə dəyərlərinin qorunmasının, gənclərə ötürülməsinin vacibliyini vurğulayıb.