Xəbərlər

NATO xarici işlər nazirlərinin iclası aprelin 3-4-də Brüsseldə keçiriləcək

NATO xarici işlər nazirləri arasında aprelin 3-4-də Brüsseldə planlaşdırılan görüş keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“NATO xarici işlər nazirləri aprelin 3-4-də Brüsseldə görüşəcək. İclasa NATO-nun baş katibi Mark Rutte sədrlik edəcək”, – mətbuat xidmətindən bildirilib.

Danışıqların gündəliyi hələ ki, açıqlanmayıb.