İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrini (UNIFIL) Livanın cənubundan geri çəkilməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“İsrailin UNIFIL personalına qəsdən hücum etdiyi iddiası tamamilə yalandır”, – Netanyahu bildirib.
O, Hizbullahın UNIFIL obyektləri və mövqelərindən sığınacaq kimi istifadə etdiyini iddia edib.
Qeyd edək ki, dünən İsrail ordusunun UNIFIL-i hədəf almasından sonra Netanyahu UNIFIL qüvvələrini Livanın cənubundan çıxarmaqla hədələyib.