İsrailin Baş naziri Benyamin Netanyahu son həftələrdə Yəməndən Təl-Əvivə raket və pilotsuz uçuş vasitələri (PUA) ilə hücumlarını artıran İran dəstəkli Husiləri hədələyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Netanyahu “X” platformasındakı hesabında bildirib.
“Biz düşmənlərə hücum edirik. Bu, hamıya şamil ediləcək. HƏMAS, Hizbullah, Əsəd rejimi və digərlərinin öyrəndiklərini Husilər də öyrənəcək, hətta bu zaman alsa belə, bütün Yaxın Şərq bundan dərs alacaq”, – o əlavə edib.