Xəbərlər

Netanyahu Trampa təşəkkür edib

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətlə bağlı hərtərəfli dəstəyə və ABŞ-ın əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən gecikdirilən silahların tədarükünə görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Prezident Trampa İsrailə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. Vaşinqtona son səfərim zamanı dedim ki, Donald Tramp Ağ Evdə İsrailin ən yaxşı dostudur. O bunu Qəzza ilə bağlı uzaqgörən planı ilə nümayiş etdirdi. Bu, İsrailin tam dəstəklədiyi plandır. Həmçinin girovları azad etmək üçün HƏMAS-a da təzyiq göstərdi”, – Netanyahu qeyd edib.