Xəbərlər

Netanyahu və Tramp Suriyada Türkiyə ilə münaqişədən qaçmağı müzakirə ediblər

“İsrail ABŞ-ı Suriya məsələsində Türkiyə ilə münaqişədən qaçmağa kömək edə biləcək vasitəçi kimi görür”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündən sonra deyib.

“Biz Suriyadakı vəziyyəti də müzakirə etdik. Türkiyə ilə indi pisləşmiş, lakin mehriban qonşuluq münasibətlərimiz var idi. Suriyanın heç kimin, o cümlədən Türkiyə tərəfindən İsrailə hücum üçün baza kimi istifadə edilməsini görmək istəmirik. Türkiyə ABŞ-la yaxşı münasibətləri olan ölkədir. ABŞ prezidentinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə çox yaxşı münasibəti var. Biz Trampla İsraillə Türkiyə arasında Suriya ilə bağlı münaqişənin qarşısını almaq üçün bir sıra yolları müzakirə etdik. Və düşünürəm ki, türklərlə ABŞ prezidentindən daha yaxşı danışıq aparacaq başqa şəxs ola bilməz”, – Netanyahu bildirib.