Rejissor Kristofer Nolanın çəkdiyi “Odisseya” filminin nümayişi ərəfəsində Homerin təxminən 3 min illik eyni adlı poemasına maraq əhəmiyyətli dərəcədə artıb.
“Füyuzat” xəbər verir ki, bu barədə “Publishers Weekly” məlumat yayıb.
Statistikaya görə, ilin əvvəlindən etibarən tarixin ən qədim ədəbi nümunələrindən hesab edilən bu əsərin bütün nəşrləri üzrə çap satışları 76 faiz yüksəlib.
Məlumata görə, satışlardakı artım filmin premyerasından əvvəl başlayıb. Kristofer Nolanın layihəsi 2024-cü ilin dekabrında elan edildikdən sonra əsərin satışları yüksəlməyə başlayıb və 2025-ci ildə 2024-cü illə müqayisədə 42 faiz artıb.
Mütəxəssislər hesab edirlər ki, məşhur film adaptasiyaları klassik ədəbiyyata marağın yenidən canlanmasına və yeni oxucu auditoriyasının formalaşmasına mühüm təsir göstərir.



