“Amerika lideri Donald Tramp bəzi ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
“Tramp administrasiyası ölkələrin “qırmızı siyahısı”nı tərtib etmək üzərində işləyir. Buraya çox güman ki, Trampın ilk hakimiyyəti dövründə vətəndaşlarının ABŞ-a girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Onların arasında Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudan kimi ölkələrin vətəndaşlarının olacağı ehtimal edilir. Bundan başqa, Əfqanıstan da ABŞ-a girişi qəti qadağan olunacaq ölkələrin siyahısına əlavə oluna bilər”, – məlumatda bildirilib.