Xəbərlər

NYT: Trampın addımları “Avropanın ölümü”nə səbəb olacaq

“ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəni həll etmək və Amerikanın avropalı müttəfiqləri qarşısında öhdəliklərini azaltmağa çalışması Avropanın ölümünə və məhvinə gətirib çıxaracaq”.

“Füyuzat”ın məlumatına görə, bunu “The New York Times” (NYT) analitiklərin fikrinə istinadən yazıb.

“Analitiklərin fikrincə, yeni Amerika administrasiyası Avropa İttifaqını (Aİ) təkcə rəqib kimi deyil, həm də iqtisadi və hətta ideoloji təhlükə kimi görür. Bunu Trampın Aİ-nin “ABŞ-dan faydalanmaq üçün yaradılıb” sözləri, eləcə də ABŞ-ın vitse-prezidenti J.D.Vensin Münxen Təhlükəsizlik Konfransında Avropa ölkələrində hüquq və azadlıqların boğulmasını tənqid etdiyi çıxışı da dəstəkləyir”, – nəşr bildirib.

İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Natali Tokçi nəşrə müsahibəsində deyib: “Şübhə yoxdur ki, Tramp Ukraynadan başlayaraq Avropanı məhv etməyə çalışır”.