“Avropa liderlərinin Londonda keçirilən görüşünün nəticələri təhlükəlidir. Çünki onlar Ukraynada müharibəni davam etdirmək qərarına gəliblər və Ukraynanı da bu addımı atmağa sövq edirlər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Avropa liderləri Londonda, sülhü seçmək əvəzinə müharibəni davam etdirmək qərarına gəldilər. Onların, fikrincə, Ukrayna müharibəni davam etdirməlidir. Bu yanlış və təhlükəli qərardır. Macarıstan sülhün tərəfindədir”, – Baş nazir qeyd edib.