Xəbərlər

Orban: Rusiya gücləndi, Ukrayna zəiflədi

“Ukrayna münaqişəsi zamanı Rusiya gücləndi, Ukrayna isə zəiflədi”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

“Rusiya gücləndi, Ukrayna zəiflədi, belə çıxır ki, Avropa çox zəifdir, bizim müharibə üçün pulumuz yoxdur. Bu müharibə başa çatdıqda, Avropanın təhlükəsizliyi ilə bağlı vəziyyəti həll etməli olacağıq. Bu, çətin və uzun danışıqlar silsiləsi olacaq, lakin indi biz Ukraynada atəşkəsə diqqət yetirməliyik”, – Orban əlavə edib.