Xəbərlər

Özbəkistan MDB Regionlarının Forumunun Daşkənddə keçirilməsini təklif edib

Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi Daşkənddə Birlik Regionlarının Forumunun keçirilməsi təklifi ilə Özbəkistandan nota alıb.

“Füyuzat”ın məlumatına görə, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.

“MDB İcraiyyə Komitəsi artıq Özbəkistandan MDB Regionlarının Forumunun aprelin sonunda Daşkənd şəhərində keçirilməsi təklifi ilə nota alıb”, – Lebedev bildirib.