Xəbərlər

Pakistanda qatara hücum edilib, 27 terrorçu öldürülüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində təxminən 450 nəfərin olduğu qatara silahlı şəxslər hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Verilən məlumata görə, hücum nəticəsində 155 nəfər xilas edilib, 27 terrorçu isə öldürülüb.

Xilas edilən şəxslərdən 37-nin yaralandığı və müalicə üçün xəstəxanaya göndərildiyi açıqlanıb.

Yerli mətbuatın yazdığına görə, hadisə zamanı 8-i təhlükəsizlik orqanlarının əməkdaşları olmaqla 10 nəfər həyatını itirib.