Xəbərlər

Pakistanın Baş naziri Türkiyəyə təşəkkür edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub. Şərif Türkiyənin Pakistana verdiyi dəstəyə görə prezidentə təşəkkürünü bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazir Şərif “X” sosial media hesabında paylaşım edib.

Türkiyənin Pakistana verdiyi dəstəyə görə təşəkkürünü bildirən Şərif toqquşmalarda həyatını itirən pakistanlılar üçün dua edən türk vətəndaşlarını təqdir etdiyini bildirib.

Şərif prezident Ərdoğana sahədəki son hərbi vəziyyətlə bağlı məlumat verdiyini açıqlayıb: “Pakistan Türkiyənin Cənubi Asiyada gərginliyi azaltmaq və sülhü qorumaq üçün göstərdiyi səylərə görə minnətdardır”.