“Dini tolerantlıq Cənubi Qafqaz regionunun sabitliyi üçün vacibdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində deyib.
“Xoşbəxtlikdən, siyasi və etnik fərqlərə baxmayaraq, regionumuzda dini tolerantlıq və hörmətlə bağlı yaxşı ənənə var və bu, Cənubi Qafqazda davamlı sülh və sabitliyi daha real edir. Biz regional mübahisələrimizi regional dialoqa çevirəcəyimizə ümid edirik”, – o qeyd edib.



