“Təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Xanımlar və cənablar, bütün mübahisələrə, bütün təxribatlara baxmayaraq, mən inanıram ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu, mənə son dərəcə aydın görünür”, – Baş nazir qeyd edib.