“Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasının ABŞ siyasi elitası üçün prioritet olacağına ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti Ermənistanın Baş naziri Nikol Paşinyana istinadən məlumat yayıb.
“ABŞ nöqteyi-nəzərindən Ermənistanı dəstəkləməyin ən yaxşı yolunun nə olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməsi bizim üçün daha faydalı olar”, – Paşinyan qeyd edib.