Xəbərlər

Pentaqon: Suriyada kimyəvi silah ehtiyatı var

“Pentaqon hesab edir ki, Suriyada kimyəvi silah ehtiyatı ola bilər. Birləşmiş Ştatlar öz qüvvələrinə və ya mülki əhaliyə qarşı onların istifadəsinin qarşısını almağa çalışır”.

“Füyuzat”ın məlumatına görə, bunu bazar ertəsi ABŞ Müdafiə Departamentinin sözçüsü Sabrina Sinq jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Kimyəvi silah məsələsinə gəlincə, biz buna diqqət yetiririk. Çalışırıq ki, bu kimyəvi silahlar mülki əhaliyə qarşı, ABŞ qüvvələrinə və ya onların regiondakı tərəfdaşlarına qarşı istifadə etmək istəyənlərin əlinə düşməsin”, – deyə Sinq əlavə edib.