Xəbərlər

Peskov: İran-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün ilkin şərt formalaşmayıb

“Hazırda İran-İsrail münaqişəsinin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində deyib.

“Hazırda təəssüf ki, dinc kursa keçmək üçün heç bir əsas görmürük. Hələlik biz yalnız bəyanat və zərbə mübadiləsini, davakar bəyanatları görürük. Hər bir bəyanat əvvəlkindən daha aqressivdir”, – Peskov əlavə edib.