“Rusiya, lazım gələrsə, İrana nüvə yanacağını çıxarmağa kömək etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim İranla daimi təmaslarımız var. Və bilirsiniz ki, Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında son telefon danışığı zamanı mövzu məhz bu düsturlarla müzakirə olunub. Lazım gələrsə, tərəflər zəruri hesab edərsə, Rusiya belə xidmətləri göstərməyə hazır olacaq”, – Peskov bildirib.