“Müdafiə qabiliyyətini artırmaq və NATO-nun yeni tələblərinə cavab vermək üçün Almaniya Silahlı Qüvvələrinin sayı 50-60 min hərbiçi artırılmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasına gələrkən deyib.
“Bizim təxmini hesablarımıza görə, bu tələbləri yerinə yetirmək üçün əlavə olaraq təxminən 50-60 min əsgərə ehtiyacımız var. Hələlik hərbi xidmət könüllü olacaq”, – nazir qeyd edib.