“Volt Avropa” partiyasından olan deputatlar Avropa liderlərinə martın 6-da keçiriləcək Avropa İttifaqı (Aİ) sammitindən əvvəl Macarıstanın birlikdəki səsvermə hüquqlarından məhrum edilməsini ehtiva edən fəaliyyət planı göndərəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, qanunvericilərin planı doqquz bənddən ibarətdir. Avropa Parlamenti üzvləri Macarıstanı səsvermə hüquqlarından məhrum etməklə yanaşı, Aİ-nin baş diplomatı Kaya Kallasın tamhüquqlu xarici işlər naziri təyin edilməsini, ümumi Avropa ordusunun yaradılmasını və Aİ-nin müdafiə sahəsində səlahiyyətlərinin genişləndirilməsini tələb edirlər.
“Politico” daha əvvəl bildirmişdi ki, Aİ liderləri Macarıstanın etirazlarına görə Kallas tərəfindən təklif olunan Kiyev üçün 20 milyard avroluq yeni hərbi yardım paketinin işlənib hazırlanmasını dayandırıblar.