“Avropa ölkələri Amerikanın Avropadakı mövcudluğunu saxlamaq üçün silahlara daha çox pul xərcləməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.
“Polşa ABŞ prezidenti Donald Trampın iki şərtini maksimum dərəcədə yerinə yetirir: birinci şərt Avropa İttifaqı nəzdində müdafiə xərclərini artırmaq və ikincisi isə Amerika biznesi ilə qarşılıqlı faydalı iqtisadi əlaqələri inkişaf etdirmək”, – nazir qeyd edib.