Xəbərlər

Professor Cahangir Məmmədlinin yeni kitabı nəşr edilib

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, görkəmli jurnalist, professor Cahangir Məmmədlinin yeni kitabı işıq üzü görüb.

“Füyuzat”ın məlumatına görə, “Altmışıncılar nəsrinin poetikası” adlı kitab 1960-1990-cı illərdəki Azərbaycan nəsri barədə geniş bilgiləri özündə əks etdirir.

Sözügedən monoqrafiya həmin illərdə nəsrin xüsusilə povest janrındakı yeni meyillərinin elmi-nəzəri təhlilini verir.

Dörd fəsildən ibarət olan kitab janrın inkişaf parametrlərini ümumdünya ədəbi kontekstində araşdırır.

Qeyd edək ki, kitab MİMTA Yayımlarında nəşr edilib.