Rusiya prezidenti Vladimir Putin Belarusa səfər edib.
“Füyuzat”ın məlumatına görə, o, belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birlikdə İttifaq Dövlətinin Ali Dövlət Şurasını keçirəcək.
Gündəliyə təhlükəsizlik məsələləri daxildir. Kremldən bildirilib ki, diqqət mərkəzində olan əsas mövzu “ümumi müdafiə məkanının gücləndirilməsi” olacaq. Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətləri haqqında sazişin və İttifaq dövlətinin təhlükəsizlik konsepsiyasının imzalanması planlaşdırılıb.
Bundan əlavə, rabitə xidmətlərində uyğun tariflərin tətbiqi, vahid elektrik enerjisi bazarının formalaşdırılması, qeyri-qanuni mal idxalına qarşı mübarizə ilə bağlı konkret qərarların qəbul edilməsi nəzərdə tutulur. İclas İttifaq dövlətinin yaradılması haqqında sazişin 25-ci ildönümünə təsadüf edir. Planlara görə, Putin və Lukaşenko ayrıca görüş də keçirəcək.