Aprelin 28-də Avropa Azərbaycan Məktəbində Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, məşhur futbolçu Qara Qarayevin həyat və karyerasına həsr olunmuş “Futbol meydanında yazılan həyat hekayəsi” kitabının təqdimat və imza mərasimi baş tutub.
“Füyuzat” xəbər verir ki, tanınmış ictimaiyyət nümayəndələrinin və idmansevərlərin iştirak etdiyi tədbirdə kitabın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, nəşr peşəkar futbolçunun keçdiyi çətin və uğurlu yolu gənc nəslə tanıtmaq məqsədi daşıyır.
Qeyd edək ki, “TEAS Press” Nəşriyyat Evinin sifarişi ilə hazırlanan kitabın müəllifi Murad Aksoydur.













