Xəbərlər

Qarabağda sivilləri öldürməsi ilə “övünən” erməni haqqında TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, bir müddət öncə bitib-tükənmək bilməyən erməni riyakarlığının saysız-hesabsız örnəklərindən daha birinə şahid olduq.
Belə ki, Qarabağda aktiv əməliyyatlarda iştirak etmiş erməni generalı Levon Minasyan Xocalıda dinc azərbaycanlılara qarşı qətliam törətdiyini etiraf edib və bununla “öyünüb”. Bəs Levon Minasyan kimdir?

“Füyuzat” insanlıq əleyhinə cinayətləri ilə “övünən” həmin ermənin kim olması ilə bağlı təfərrüatları əldə edib.

Belə ki, özünü general Levon Minasyan kimi təqdim edən bu şəxs, əslində, polkovnik Gilbert Minasyandır. O, Ermənistanın milli qəhrəmanıdır. Fransada doğulub. Bir müddət Marsel şəhərində yaşayıb. ASALA təşkilatının fəal üzvü olub. “La Gib” və ya “Minus” ləqəbi ilə fəaliyyət göstərən kommunist terorist olub. 1989-cu ildə Fransada törətdiyi cinayətlərə görə ona ömürlük həbs istənilib.

Ancaq ASALA-nın sayəsində azadlığa çıxıb. Minasyana ömürlük həbs cəzası veriləcəyini bilən ASALA onu Ermənistana qaçırmağa nail olub. Burada ona daha çox dəstək verənlərdən biri də Monte Melkonyan olub.

Ermənistana gələn kimi “Abo” ləqəbli Monte Melkonyanla birgə Qarabağda döyüşüb. Abo öləndən sonra vandallara o rəhbərlik edib. Əsas uğuru kimi Kəlbəcər və Xocalıda törətdiyi qətliamı həmişə qeyd edir. Bununla fəxr edir.

Minasyan Ermənistanda çox böyük nüfuza malik olub, müxtəlif obyektləri var. 2004-cü ildə kassasiya şikayəti ilə onun Fransadakı həbs hökmü ləğv olunur. ASALA, təbii ki, məhkəməni pulla ələ alır. Və o, Fransaya, Marselə qayıdır. Onu orada böyük izdihamla qəhrəman kimi qarşılayırlar.

Fransada da böyük obyektlər, restoranlar açır.

44 günlük müharibə zamanı terror qruplaşması yaradaraq 9 oktyabr 2020-ci ildə yenidən Ermənistana qayıdır. Döyüşlərdə iştirak edib. Şuşada da döyüşüb.

O bu məğlubiyyətdən sağ qurtula bilib. Hazırda Fransada Marsel şəhərində yaşadığı məlumdur.

Minasyanın sivilləri öldürməsi ilə “övündüyü” videonu təqdim edirik: