Ədəbiyyat Xəbərlər

Qılmagil möhkəm, könül, dünyayə əqdi-irtibat…

Qılmagil möhkəm, könül, dünyayə əqdi-irtibat,
Sən bir avarə müsafirsən, bu bir viran ribat.

Bu çəməndə qönçələr, güllər görən arif bilir
Kim, səbat üstündə qalmaz hiç qəbzü inbisat.

Əhli-irfandır cahan keyfiyyətin təhqiq edən
Kim, nəşatından bulur yüz qəm, qəmindən yüz nəşat.

Eşq dövranı mənə tapşırdı Məcnun növbətin,
Xali olmaz nəqşi-ərbabi-vəfadan bu büsat.

Hər görən məhruyə sərf etmə, Füzuli, ömrünü,
Bivəfalərdən həzər qıl, tut təriqi-ehtiyat.

Müəllif: Məhəmməd Füzuli